Respublika sənətkarlıq
festivalı
İyulun 3-dən 7-dək Bakıda Respublika Sənətkarlıq Festivalı keçiriləcək. Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda, Nizami küçəsində təşkil ediləcək festival UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində reallaşan mədəniyyət layihələrindən biridir.
Layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatlarının iştirakı, sahibkarlarla əməkdaşlıq şəraitində həyata keçiriləcək. “I Love Baku” şəbəkəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyası “Azəripək” MMC, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, Türbət Mədəniyyət Mərkəzi, “Libraff” mağazalar şəbəkəsi festivalın tərəfdaşlarıdır.
Festivala bütün ölkə üzrə fəaliyyət göstərən 100-ə yaxın əl işləri sənətkarı dəvət edilib. Açıq havada təşkil ediləcək tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Ziyarətçilər üçün əl işləri sənətinin üzrə ustad dərsləri də təşkil ediləcək.
Festivalda hər gün axşam
saatlarında (19.30-20.30) Mədəniyyət Nazirliyinin
tabeliyində olan təşkilatların,
habelə yaradıcı birliklərin iştirakı ilə konsert proqramı təşkil olunacaq.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 1;8.