Mədəniyyət
naziri UNESCO İcraiyyə
Şurasının sədri ilə görüşüb
İyulun 1-də Dünya İrs
Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət
naziri Əbülfəs Qarayev UNESCO-nun İcraiyyə
Şurasının sədri Byonq-Hyun Li ilə
görüşdü.
Qonağa
ölkəmizdə keçirilən beynəlxalq tədbirdə
fəal iştirak etdiklərinə görə
təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın mədəni irsi haqqında məlumat verdi.
Bildirdi ki, mədəni
sərvətlərimizin qorunması və bərpası
ölkə başçısının diqqət mərkəzindədir
və bu istiqamətdə dövlət səviyyəsində
fəal iş aparılır. Həmçinin
bu sahədə beynəlxalq əməkdaşlığa
da böyük önəm
veririk.
Nazir həmçinin
qədim Qəbələ şəhərinin öyrənilməsi
məqsədilə koreyalı mütəxəssislərlə
birgə tədqiqat işlərinin həyata keçirildiyini
diqqətə çatdırdı.
Byonq-Hyun Li ölkəmizin bu
mötəbər tədbirə yüksək səviyyədə
hazırlaşdığını dedi, buna görə Azərbaycan
hökumətinə öz minnətdarlığını ifadə
etdi: “Azərbaycanı dünyada daha çox neft və qaz
ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin
mədəni irsə sahib imiş. Biz
burada olduğumuz
müddətdə bu zənginliyin əyani
şahidi olduq”.
Qonaq
Azərbaycanın dünyada mədəni irsin qorunması üçün
göstərdiyi səyləri də yüksək qiymətləndirdi.
Mədəniyyət.-
2019.- 3 iyul.- S. 3.