“Azərbaycan – tolerantlıq ünvanı”

 

Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində sərgi

 

Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı mədəniyyət ocaqları, o cümlədən muzeylər maraqlı tədbirlər proqramı hazırlayıb.

Bu qəbildən tədbirlərdən biri iyunun 28-də Azərbaycan İstiqlal Muzeyində açılan “Azərbaycan: tolerantlıq ünvanı” adlı sərgidir.

Sərginin açılışında Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev çıxış edərək bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqadinanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elnarə Kərimova, Azərbaycanda katolik icmasının başçısı Vladimir FeketeRus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Azərbaycanda müxtəlif dinietnik icmalara dövlət tərəfindən daim qayğı göstərilir, o cümlədən müxtəlif dini və mədəni abidələr mühafizə olunur. Tolerantlıq insan hüquqları və azadlıqlarının təsdiqi əsasında formalaşır. Tolerant cəmiyyətdə irqçilik, ksenofobiya, dini dözümsüzlük, ekstremizm kimi mənfi təzahürlərə yer yoxdur.  Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf ediblər. Azərbaycan çox konfessiyalı bir ölkədir.

Diqqətə çatdırılıb ki, iyulun 15-dək davam edəcək sərgidə keçmiş Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda qorunub saxlanılan müxtəlif dinlərə məxsus 50-yə qədər eksponat nümayiş etdirilir.

Gənc Peşəkarlar Forumunun iştirakçıları üçün simulyasiya sessiyası

Xəbər verdiyimiz kimi, Dünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində bir neçə beynəlxalq tədbir keçirilir. 24 iyun – 2 iyul tarixlərində keçirilən Dünya İrsi Gənc Peşəkarlar Forumuna 30 ölkədən gənc irs mütəxəssisləri qatılmışdı.

İyunun 28-də forumun beşinci günü gənclər Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) bölmə direktoru Cozef Kinqin moderatorluğu ilə komitə iclasının simulyasiya sessiyasında iştirak etdilər.

Toplantıda Dünya İrs Komitəsində müzakirələrin aparılması, qərarların ilk versiyasının necə hazırlanması və təqdimatı, müzakirəyə və yekun səsverməyə çıxarılması üzrə müvafiq mərhələlər barədə məlumat verildi.

Qeyd edək ki, Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar ForumuDünya irsi: qlobal çağırışlar üçün yerli ideyalarmövzusuna həsr edilmişdi.

 

Mədəniyyət.- 2019.- 3 iyul.S 5.