Musiqimizin inciləri
dünya xəzinəsində
Bakıda
keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin
43-cü sessiyası ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində də tədbirlər nəzərdə
tutulub.
“Azərbaycan
musiqisinin inciləri UNESCO-nun siyahısında” layihəsi
çərçivəsində silsilə tədbirlərdən
birincisi Azərbaycan muğam sənətinə həsr olunub.
Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “XX əsrin əvvəllərinə aid sənədlərdə muğam tarixindən səhifələr” mövzusunda mühazirə ilə çıxış edib. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Muzeyin Qədim musiqi alətləri ansamblı (bədii rəhbər
– Xalq artisti Munis Şərifov) konsert
proqramı ilə çıxış edib.
Mədəniyyət.-
2019.- 3 iyul.- S.6.