Xalq sənətkarlığı
və kreativ sənaye
İyulun 2-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Atatürk Mərkəzində “Xalq sənətkarlığı və kreativ sənaye” adlı konfrans təşkil edilib. Konfrans Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3-7 iyul tarixində gerçəkləşəcək I Respublika Sənətkarlıq Festivalı çərçivəsində keçirilib.
MEMİM-in direktoru Asif Usubəliyev çıxış edərək qeyd edib ki, konfrans respublikamızda sənətkarlığın inkişafı, bu sahə ilə məşğul olan şəxslərin, təşkilatların, özəl müəssisə və digər təsisatların dəstəklənməsi, onların sərgi və satış imkanlarının artırılması məqsədilə keçirilir.
Konfransda Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Mədəni irs və kreativ sənaye”, MEMİM-in elmi katibi Cavid Əliyev “Lahıc misgərlik sənəti: mədəni irs və sənətkartlıq harmoniyası”, şöbə müdiri Nurəddin Babazadə “Kreativ sənaye və mədəniyyət”, sektor müdirləri Aygün Balabəyova “Xalq sənətkarlığında yeni trendlər”, Ceyhun Əhmədov “Müasir dünyada kreativ sənaye amili” mövzularında məruzələrlə çıxış ediblər. Elnarə Hacıyeva “Sənəti və sənətkarları yaşadaq” regionlarda fəaliyyət göstərən sənətkarların məlumat bazasının təqdimatını edib.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə əl işləri sənətinin qədim və zəngin tarixi var. Azərbaycan sənətkarlarının istehsal etdikləri xalçaçılıq, misgərlik, dulusçuluq nümunələri dünyanın ən məşhur muzeylərinin eksponatlarına çevrilib. Azərbaycan sənətkarlığı bu gün beynəlxalq miqyasda milli mədəniyyətimizin tanıdılması üçün mühüm vasitədir. Xarici ölkələrdə təşkil olunan müxtəlif sərgi, konfrans, aidiyyəti digər tədbirlərdə mədəni irsimizin nümayişində sənətkarlıq məhsulları əhəmiyyətli rol oynayır.
Vurğulanıb ki, ölkə
rəhbərliyinin bu sahəyə diqqət
və qayğısı sayəsində respublikamızda mədəni
sənaye öz inkişaf
mərhələsinə qədəm qoyub.
Qeyri-maddi mədəni irsimizin
13 nümunəsi UNESCO-nun müvafiq
siyahılarına daxil edilib.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 6.