Tənhalığa çəkilənlər
üçün "Mən Ağacam"
Mədəniyyət
Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və
Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin
hazırlanması ilə bağlı elan etdiyi açıq
heykəltəraşlıq müsabiqəsinə layihələrin
qəbul müddəti avqustun 31-dək uzadılıb.
Bu barədə qərar Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun Heydər Əliyev Fonduna 27 iyun 2019-cu il tarixli məktubu və bir sıra heykəltəraşların müraciətlərinə əsasən qəbul olunub. Müraciətlərdə eskizlər üzərində işin başa çatdırılması baxımından müsabiqənin müddətinin uzadılması xahiş edilib. Müsabiqənin vaxtı daha öncə 30 iyunadək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metro stansiyasının yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur. Müsabiqənin şərtlərinə görə, heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.
Müsabiqə şərtləri barədə daha ətraflı Mədəniyyət Nazirliyinin saytının “Elanlar”
bölməsində tanış olmaq olar.
Həmidə
Mədəniyyət.-
2019.- 3 iyul. S. 6.