Xalq
yazıçısının uşaqlar üçün yeni
kitabı
Xalq yazıçısı Elçinin “Mənə niyə gülürlər?” adlı kitabı çapdan çıxıb. Kitaba müəllifin uşaqlar üçün yazdığı hekayələr, eləcə də tapmacalar, yanıltmaclar, oxşar sözlərlə yazılmış miniatürlər toplanıb.
“Təhsil” nəşriyyatı müəllifi kiçik oxuculara təqdim edərək yazır: “Əziz uşaqlar! Azərbaycan ədəbiyyatının böyük simalarından olan Elçin sizi heç vaxt unutmur. Bu kitabdakı hekayələrin qəhrəmanları sizsiniz, sizin dostlarınız, rəfiqələrinizdir. Siz onları o saat tanıyacaqsınız, onlarla dostlaşacaqsınız. Buradakı yanıltmaclar, eynimənalı sözlər sizin xoşunuza gələcək, onları bir-birinizə danışacaqsınız”.
Qeyd etmək lazımdır ki, Xalq
yazıçısının bu hekayələri
Alla Axundovanın tərcüməsində
Moskvanın “Detskaya literatura”
nəşriyyatında 150 min tirajla, eləcə də məşhur türk uşaq
yazıçısı Yücel Feyzioğlunun tərcüməsində və ön sözü ilə Ankarada “Cocuq kitabları”
seriyasından böyük tirajla
nəşr edilib.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 6.