Rus Dram
Teatrının direktoru
mükafatlandırılıb
Azərbaycan Dövlət Akademik
Rus Dram Teatrının
direktoru, Əməkdar
mədəniyyət işçisi
Ədalət Hacıyev
60 illik yubileyi münasibətilə Mədəniyyət
Nazirliyinin fəxri fərmanı ilə təltif edilib və mükafatlandırılıb.
Ədalət Qasım oğlu
Hacıyev 1959-cu il iyunun 29-da Bakıda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunu bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində
başlayıb, 1989-cu ildən
Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrında işləyir.
1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.
Azərbaycan Teatr Xadimləri
İttifaqının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə
2013-cü ildə Əməkdar
mədəniyyət işçisi
fəxri adına
layiq görülüb.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 6.