Dirijor Əyyub Quliyevin Çində silsilə konsertləri
Çinin
Kunmin şəhərində simfonik, opera və balet musiqisinə
həsr olunmuş silsilə konsertlər keçirilib.
Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub
Quliyevin rəhbərliyi altında Kunmin “İpək Yolu”
orkestrinin ifasında dörd müxtəlif proqram dinləyicilərə
təqdim edilib.
Geniş
və rəngarəng musiqi proqramı orkestr üçün
yazılmış ən mürəkkəb əsərlərdən
biri sayılan Rixard Ştrausun “Don Juan” simfonik poemasından
dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl”
baletinə qədər olan böyük bir
yaradıcılıq coğrafiyasını əhatə edib.
Balet
nümunələri sırasında P.Çaykovskinin “Sonalar
gölü”, “Yatmış gözəl”, S.Puni “Esmeralda”,
L.Minkusun “Don Kixot”, K.Sen-Sansın “Qu quşu” kimi məşhur əsərləri
də yer alıb.
Silsilə
konsertlərin son bölümü opera musiqisinə həsr
olunub, proqramda V.A.Mosartın “Fiqaronun toyu”, “Sehrli fleyta”,
J.Bizenin “Karmen”, V.Bellininin “Norma”, F.Leqarın “Juditta” və
başqa əsərlərdən parçalar səslənib.
Mədəniyyət.-
2019.- 3 iyul. S. 7.