“Böyük teatr”ın solistləri İstanbulda
İyulun
2-də İstanbulda 10-cu Beynəlxalq
İstanbul Opera Festivalına
start verilib. Bu layihənin əsası
2010-cu ildə İstanbul
“Avropanın Mədəniyyət
Paytaxtı” elan edilərkən qoyulub.
Bu dəfə İstanbul
festivalı Rusiya “Böyük teatr”ının
solistlərini qarşılayacaq. Türkiyə
və Rusiya arasında qarşılıqlı
“Mədəniyyət və
turizm ili” çərçivəsində “Böyük teatr”ın məşhur solistlərinin ifasında
“Sevilya bərbəri”,
“Traviata”, “Karmen”,
“Samson və Dalila”, “Manon Lesko”, “Turandot” kimi sevilən operalardan parçalar, ilk türk oratoriyası olan “Yunus Əmrə”, türk epik operası “Troya” və digər əsərlər səsləndiriləcək.
13-14 iyulda keçiriləcək
konsertlərdə dünyanın
məşhur səhnələrində
ən çətin rolları uğurla səsləndirən, bir sıra beynəlxalq mükafatın
laureatı, soprano Anna Neçayeva,
metso-soprano Yuliya Mazurova, tenor Fyodor Ataskeviç,
bariton Pavel Yankovski istanbullularla görüşəcəklər. Solistləri
Anton Qrişaninin dirijorluğu
ilə İstanbul Dövlət Opera və Balet Teatrının Orkestri müşayiət edəcək.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.-
2019.- 3 iyul. S. 8.