Mövsüm ərzində
seçilənlər mükafatlandırıldı
Teatr-konsert
müəssisələri artıq mövsümü
başa vurmaq
üzrədirlər. İl ərzində
əldə etdikləri nailiyyətlərin, festival
və qastrollarda iştiraklarının
hesabatını verən teatr
müəssisələrindən biri
də Dövlət Akademik Musiqili
Teatrı oldu.
İyulun
4-də teatrın foyesində təşkil olunan
tədbir sənət ocağının 109-cu mövsümünün
yekunlarına həsr olunmuşdu.
Tədbirdə əldə olunan
nailiyyətlərə nəzər salındı, mükafatlar təqdim olundu.
Teatrın direktoru,
Əməkdar incəsənət xadimi
Əliqismət Lalayev hər kəsi salamlayaraq bildirdi ki, yaradıcı heyətin yeni
tamaşaları, qastrol və festivallarda iştirakı sayəsində
sənət ocağı bu mövsümü də məhsuldar başa vurmaqdadır. Qeyd etdi ki, teatr
üçün əlamətdar hadisə
isə ümumilikdə kollektivin böyük sevincinə səbəb olan akademik teatr
statusu almasıdır.
İl
ərzində təqdim olunan tamaşalar barədə ətraflı
məlumat verən direktor
səmərəli fəaliyyətinə görə
seçilən əməkdaşları elan
etdi. Qeyd etdi ki, xüsusi
yaradıcılıq fəaliyyəti ilə
seçilənlərin mövsümün
sonunda mükafatlandırılması Musiqili teatrda artıq
ənənəyə çevrilib. Bu dəfə də müxtəlif nominasiyalar üzrə xüsusi
mükafatların veriləcəyini deyən Ə.Lalayev təltif edilənlərə
qarşıdakı mövsümdə də belə
əzmlə çalışmağı arzu
etdi.
“Mövsümün
ən yaxşı texniki işçisi” Aynişan
Məmmədova, “Mövsümün ən işgüzar
əməkdaşı” Sücəddin Sadiyev,
“Mövsümün ən yaxşı uşaq roluna
görə” Rahib Məmmədzadə və Atilla
Məmmədov, “Mövsümün ən yaxşı uşaq
tamaşasında roluna görə” isə Zaur Əliyev
mükafatlandırıldılar.
Bunlarla yanaşı
“Mövsümün ən yaxşı musiqiçisi” kimi
Atabəy İsmayılov, “Mövsümün ən
yaxşı xor artisti” olaraq Murad Əliyev, “Mövsümün
ən yaxşı balet artisti” nominasiyasında isə
Mələkxanım Səfərova fərqləndirildi.
Teatrın beynəlxalq festival
və qastrollarda uğurla
təmsil olunmasına görə Əməkdar artist Nərgiz Kərimova, “Mövsümün
perspektivli aktrisası” kimi
isə Eleonora Mustafayeva
seçildilər. Gənc aktyor İbrahim Əlizadə “Mövsümün
perspektivli aktyoru”
mükafatını aldı.
Teatrın direktoru “Mövsümün yubileyi”
nominasiyasının da müəyyən edildiyini və bu mükafata Xalq artisti, professor İlham Namiq Kamalın layiq görüldüyünü
dedi, aktyoru
səhnəyə dəvət edərək onu
70 illik yubileyi
münasibətilə təbrik etdi. Mövsümün məhsuldar aktyor
və aktrisası kimi seçilən
Fərid Rzayev və Gülnarə
Əzizova da mükafatlarını
aldılar. Sıra “Mövsümün
sevilən tamaşası”na gəlincə “Toya
bir gün
qalmış”ın quruluş
müəllifi, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov
mükafatlandırıldı. Mövsümün
sevilən aktyorları kimi də gənc
nəslin nümayəndələri – Əmrah Dadaşov
(Azərbaycan bölməsi) və Emil Heydərov (rus
bölməsi) elan olundular.
Mərasimdə həmçinin Xalq artisti Hüseynağa
Sadıqovun ailəsinin sənətkarın xatirəsini yaşatmaq üçün
təsis etdiyi “Büllur
alma” mükafatı da
təqdim olundu. Bu mükafata
mövsümün ən yaxşı
tamaşası kimi “Balaca
Şahzadə”nin quruluş
müəllifi, Xalq
artisti Cənnət Səlimova və
həmin tamaşanın bədii tərtibatına görə
gənc rəssam Məryəm Ələkbərli layiq görüldü.
Sonda
“Mövsümün sevilən aktrisası”nı elan edən
teatrın direktoru mükafata Xalq artisti Afaq
Bəşirqızının layiq
görüldüyünü dedi.
Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ)
sədri, Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, Xalq artisti
Azər Paşa Nemətov da
çıxış edərək teatr
təmsilçilərinə uğurlar
arzuladı. O, rəhbəri olduğu ittifaq tərəfindən
yaradıcılıq fəaliyyətlərinə
görə seçilən teatr
aktyorlarına – Məhərrəm Qurbanov,
Hüseyn Əlili, Əliməmməd Novruzov və Ruslan
Mürsəlova fəxri fərmanlar təqdim etdi.
ATXİ-nin sədri həmçinin Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi
“Sənətkar medalı” ilə təltif etdi.
Mükafatlandırma mərasimi tamaşalardan parçalar,
rəngarəng mahnı və rəqslərlə davam etdi.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 5 iyul. S. 1;4.