Sessiya
iştirakçıları danışır
Azərbaycan
beynəlxalq səviyyədə dünya irsinin qorunmasına
mühüm dəstək verir.
Bu
sözləri Afrika Dünya İrsi Fondunun icraçı
direktoru Souayibo Varissou deyib.
Bakı
sessiyasının yüksək səviyyədə təşkil
olunduğunu söyləyən qonaq bildirib ki, bu, digər
ölkələr üçün də örnəkdir.
Souayibo Varissou Afrika qitəsindən olan ölkələrin bu
sessiyada geniş tərkibdə təmsil olunmasına və
onlara göstərilən qonaqpərvərliyə görə
Azərbaycana təşəkkürünü bildirib.
Dünya
irsi siyahısında təhlükədə olan mədəni
irs abidələrinin əksəriyyətinin Afrikanın
payına düşdüyünü deyən qonaq qeyd edib ki,
bunların arasında dünya əhəmiyyətli tarixi
memarlıq abidələri var. Bu abidələrin yaxşı
mühafizə edilməməsinin səbəbi isə
lazımi infrastrukturun olmamasıdır.
***
Belə
tədbirlər Azərbaycanın nailiyyətlərini təşviq
etmək baxımından da yaxşı vasitədir.
İnanıram ki, bu tədbirdən sonra hər bir nümayəndə
öz ölkəsinə xoş təəssüratlarla
qayıdacaq. Tədbirin iştirakçıları ölkənizin
təkcə neft və qaza deyil, həmçinin zəngin
tarixi irsə sahib olduğunun şahidi olurlar. Bir tarixçi
kimi deyə bilərəm ki, Azərbaycan qədim tarixə və
zəngin mədəniyyətə malik ölkədir.
Bu
fikirləri Litvanın UNESCO-dakı daimi nümayəndəliyinin
rəhbəri İrena Vaisvilayte deyib.
Litva
ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq
münasibətlərinin olduğunu söyləyən qonaq belə
bir mötəbər tədbirin təşkilinə görə
Azərbaycan hökumətinə, xüsusilə Mədəniyyət
Nazirliyinə təşəkkürünü bildirib. O, 25 il əvvəl
Azərbaycanda olduğunu və ötən müddət ərzində
ölkənin çox dəyişdiyini və inkişaf
etdiyini vurğulayıb.
Qonaq
sessiya çərçivəsində Azərbaycan Xalça
Muzeyində təşkil edilən tədbirdə iştirak
etdiyini və xalqımızın qədim
xalçaçılıq sənətinin onda böyük
maraq doğurduğunu söyləyib.
Mədəniyyət.-
2019.- 5 iyul.