Büdcə
məsələləri də müzakirə olunub
Sessiya
çərçivəsində iyulun 3-də Dünya İrs
Komitəsinin büdcə məsələləri üzrə
işçi qrupunun iclası keçirilib.
İştirakçı
dövlətlərin və Mədəni Mülkiyyətin
Mühafizəsi və Bərpasının Öyrənilməsi
üzrə Beynəlxalq Mərkəzin (ICCROM), Təbiətin
Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Tarixi
Yerlər və Abidələr üzrə Beynəlxalq
Şuranın (İCOMOS) nümayəndələrinin
iştirakı ilə keçirilən tədbirdə mədəni
irsin qorunub saxlanılması üzrə konvensiyada nəzərdə
tutulan öhdəliklərlə bağlı irəli
sürülən yeni təkliflər ətrafında
müzakirələr aparılıb.
Dünya
İrs Komitəsinin 2018-2019-cu illər üzrə büdcə
hesabatı dinlənilib və qurumun 2020-2021-ci illər üzrə
büdcəsi müzakirə olunub.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 2.