İki min yaşı olan İpək
Yolubeş ildir UNESCO
siyahısındadır
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 6-da Bakı Konqres Mərkəzində Böyük İpək Yolunun tarixi və mədəni irsinin qorunub saxlanılması ilə bağlı fotosərgi açılıb.
Çin
Xalq Respublikası (ÇXR) tərəfindən təşkil
olunan sərgi qədim İpək Yolunun Dünya irs
siyahısına salınmasının 5-ci ildönümünə
həsr edilib. Tədbirdə ÇXR-in Mədəni İrsin
Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri
Lyu Yoycoy Azərbaycanın sessiyaya yüksək səviyyədə
ev sahibliyi etdiyini vurğulayıb, Bakıda müzakirə
olunan məsələlərin dünya mədəni irsinin
qorunması baxımından əhəmiyyətini qeyd edib.
Fotosərgi
barədə danışan Lyu Yoycoy deyib ki, əsas məqsəd
İpək Yolu üzərində yerləşən ölkələrin
tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək
nəsillərə ötürülməsidir.
Digər çıxış edənlər də sərgini tarixi İpək Yolu üzərində yerləşən ölkələrin mədəni irsinin təşviqi baxımından yüksək dəyərləndiriblər. Bildirilib ki, iki min il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu, öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, yenə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır.
Sərgidə Çinin tarixini və müasir
inkişafını əks etdirən 100-ə yaxın foto nümayiş etdirilib.
Mərakeş qəzeti Bakı sessiyası haqqında
Mərakeşin
“Əl-İslah və ət-Tənmiyə” qəzetində
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyası ilə bağlı məqalə dərc
edilib.
“Bakı
Dünya İrs Komitəsini qəbul edir” başlıqlı məqalədə
diqqətə çatdırılır ki, 43-cü sessiyada
Dünya İrs siyahısına daxil edilməsi
üçün 36 müraciət nəzərdən
keçirilir. Məqalədə həmçinin sessiyada
müzakirə olunan digər məsələlərdən də
bəhs olunur.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.8.