“Orada
bir ev var, Xızıda”
Cəfər Cabbarlının
yubileyi ilə bağlı tədbir
Cəfər
Cabbarlının 120 illik yubiley tədbirləri çərçivəsində
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi,
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi
Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü,
Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt
bölməsinin və “Dostluq” mədəniyyət evinin birgə
təşkilatçılığı ilə ədibin
Xızı rayonundakı ev-muzeyində tədbir keçirilib.
“Orada
bir ev var, Xızıda” adlı tədbirdə əvvəlcə
Cəfər Cabbarlının “Azərbaycan bayrağına”
şeiri ilə səslənib. Tədbirin aparıcısı
– yazıçı Hafiz İmamnəzərli
C.Cabbarlının yaradıcılığı, ictimai fəaliyyəti,
keşməkeşli həyat yolu haqqında məlumat verib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi
Mövsüm Bağırov, AYB-nin Sumqayıt bölməsinin
sədri Gülnarə Cəmaləddin, Xızı rayon Mərkəzi
Kitabxanasının direktoru Ayşən Əliyeva və
başqa çıxış edənlər Cəfər
Cabbarlının irsindən, dövlətin mədəniyyətə,
ədəbi prosesin inkişafına göstərdiyi diqqət
və qayğıdan söhbət açıblar.
Sabir
Sarvan adına Uşaq poeziya teatrının balaca
aktyorlarının ifasında yazıçının 1925-ci
ildə qələmə aldığı “Yaylağa gedir”
adlı natamam pyesinin müasir versiyası – “Şair və
artist” satirik şeiri əsasında səhnəcik
nümayiş olunub. “Dostluq” mədəniyyət evi özfəaliyyət
ansamblının ifasında C.Cabbarlının şeirlərinə
yazılmış mahnılar maraqla dinlənilib. Sonda
iştirakçılar ədibin ev-muzeyi ilə tanış
olub.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 5.