“Uşaqlar
sevinsin deyə...”
Sumqayıt
Dövlət Rəsm Qalereyasında Sumqayıt Regional Mədəniyyət
İdarəsinin dəstəyi ilə rəssam-dizayner Aygün
İlyasovanın tələbələrinin “Uşaqlar sevinsin
deyə...” adlı xeyriyyə sərgisi keçirilib. Tədbir
Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri
çərçivəsində təşkil edilib.
Sərgidə
hər tələbənin 1-2 rəsm əsəri olmaqla 27 rəsm
işi nümayiş olunub, sonda 3 əsər auksiona
çıxarılıb.
Qalereyanın
direktoru Ellada Həsənova, sərginin təşkilatçısı
rəssam Aygün İlyasova və digərləri
çıxış edərək bildiriblər ki, belə tədbirlər
uşaqlara erkən yaşdan mərhəmət hissini
aşılamağa xidmət edir.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 5.