Mətnşünaslıq elmini öyrənmək üçün
yeni mənbə
AMEA-nın Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun Ərəbdilli
əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə
elmlər doktoru Kamandar
Şəriflinin “Əsərləri”nin IV cildi
nəşr olunub. Cildə üç
kitab daxildir. Nəşrin
elmi redaktoru institutun direktoru, akademik Teymur Kərimlidir.
Birinci
kitabda XIV əsr türk şairi Ümmi İsanın “Mehri və
Vəfa” adlı məsnəvisi haqqında K.Şəriflinin
araşdırması, məsnəvinin Əlyazmalar
İnstitutunda saxlanılan iki əlyazma nüsxəsinin
orijinal mətni, eləcə də latın əlifbasına
transliterasiya edilən mətni təqdim olunur.
İkinci
kitabda görkəmli Azərbaycan şairi və tarixçisi
Mir Möhsün Nəvvabın ermənilərin Qarabağda,
Azərbaycanın digər bölgələrində törətdikləri
qırğınlardan bəhs edən “1905-1906-cı illərdə
erməni-müsəlman davası” əsəri yer alır.
Üçüncü
kitaba isə XIII əsrdə yaşamış ensiklopedik biliyə
malik Nəsirəddin Tusinin “Adabül-mütəəllimin” (“Tələbəlik
mədəniyyəti”) risaləsinin Azərbaycan dilinə tərcümə
olunan mətni və əsər haqqında məlumat daxildir.
Əsəri ərəb dilindən tərcümə edən
professor Kamandar Şəriflidir.
Mədəniyyət.-
2019.- 5 iyul. S. 7.