Nəsiminin 650 illiyinə həsr olunan seminar
05AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
İnstitutun direktoru, akademik
Gövhər Baxşəliyeva
diqqətə çatdırıb
ki, Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” haqqında ölkə başçısının
müvafiq sərəncamlarından
irəli gələrək
xüsusi tədbirlər
planı hazırlanıb.
Şairlə bağlı monoqrafiya
hazırlanır, əsərləri
tərcümə edilir,
mütəmadi olaraq seminarlar keçirilir.
Sonra
AMEA Rəyasət Heyətinin
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “İmadəddin Nəsimi: sənət və təriqət bütövlüyünün
fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzəsi dinlənilib.
O bildirib ki, XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndəsi İmadəddin
Nəsiminin yaradıcılığında
təsəvvüf ideyaları
bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən
fərqli olaraq Nəsiminin bilavasitə fəlsəfi təlim zəminində yetişdiyini
deyən alim bildirib: “Nəsimi poeziyası Orta əsrlərin məfkurə
məhdudiyyətinə qarşı
yönəlmiş fikrin
üsyanıdır. İstər ayrılıqda
Azərbaycan, istərsə
də bütövlükdə
ümumtürk bədii
fikir tarixində şair və ictimai mühit konflikti az-az hallarda bu qədər
kəskin xarakter alır”.
Sərxan Xavəri Nəsimi poeziyasının milli bədii düşüncə
tariximizdə özünəməxsusluğu
ilə seçildiyini,
onun filoloji, fəlsəfi və sosioloji aspektlərdən təhlil olunmasının
vacibliyini vurğulayıb. Məruzəçi, həmçinin Nəsimi poeziyasında insan obrazının Orta əsrlər poetik fikir tarixində ən yüksək zirvəyə qalxdığını
söyləyib.
Seminarda mövzu ətrafında çıxışlar olub,
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2019.- 5 iyul. S. 7.