“Həyatı yaşa”
Beynəlxalq sərgi layihəsi çərçivəsində
yay təcrübəsi
Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva
iyulun 3-də Heydər Əliyev Mərkəzində “Live Life”
(“Həyatı yaşa”) sərgisində olub və bu beynəlxalq
sərgi layihəsi çərçivəsində yay təcrübəsi
keçən tələbələrlə
görüşüb.
Leyla
Əliyeva gənc rəssamların sərgidə
nümayiş etdirilən əl işləri ilə
tanış olub.
Sərgi
ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin
iştirakçıları ilə xatirə şəkli
çəkdirilib.
Qeyd
edək ki, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının fərqlənmiş 30 tələbəsi
“Live Life” sərgisi çərçivəsində iyulun 2-dən
Heydər Əliyev Mərkəzində yay təcrübəsi
keçir.
İyulun
6-dək davam edəcək yay təcrübəsinin mövzusu
“Live Life” sərgisinin ideyası ilə səsləşir və
ətraf mühitin problemlərinə, təbiətin
qorunmasına, incəsənətin bu sahədə roluna dair
ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb
edilməsini nəzərdə tutur.
Layihədə
iştirak edən tələbələr yaradıcılıq
üçün zəruri baza dəstləri ilə təmin
olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat
alacaq. Layihənin sonunda
isə onların arasından üç qalib seçiləcək və
mükafatlandırılacaq.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə təşkil olunmuş “Live Life” sərgisi London, Paris,
Berlin, Moskva və Tbilisidə nümayişdən sonra
Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər
Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən
çox əsər yer alıb.
Mədəniyyət.- 2019.- 5 iyul.
S. 7.