Yaponiya telekanalı Dünya İrs Komitəsinin Bakı sessiyası haqqında
Yaponiyanın NHK telekanalı UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası
barədə məlumat
yayıb. Məlumatda vurğulanıb
ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq qurub
və təşkilatın
fəaliyyətinə öz
töhfəsini verir.
Bildirilib ki, iyulun 10-dək
davam edəcək sessiya zamanı müxtəlif ölkələrin
Dünya irsi siyahısı ilə bağlı 36 müraciətinə
baxılacaq. Onların arasında
Yaponiyanın Osaka prefekturasındakı
Mozu-Furuiçi qədim
qəbiristanlıq təpələrinin
daxil edilməsi ilə bağlı müraciət də var. Eramızın IV əsrinin
sonundan V əsrinin sonunadək yaradılan bu kurqanlar beynəlxalq
ekspertlər qrupu tərəfindən UNESCO-nun Dünya
irsi siyahısına daxil edilmək üçün tövsiyə
olunub.
Mozu-Furuiçi təpələri IV əsrin sonlarından VI əsrin sonlarınadək
inşa edilən 49 kurqandan ibarətdir. Bunların
23-ü Sakai şəhərinin Mozu rayonunda, 26-sı isə Habikino və Fuciidera şəhərləri arasındakı
Furuiçi rayonunda yerləşir. Mozu vilayətinin
kurqanları arasında
İmperator Nintokunun
486 metr uzunluğunda kurqanı da var. Bu, Yaponiyada açar yeri şəklində olan ən böyük
kurqan hesab edilir.
Mədəniyyət.- 2019.- 5 iyul. S. 8.