Azərbaycan mədəni irsə həssaslıqla yanaşır

Tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir ölkənizdə müxtəlif xalqlara məxsus dini tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır.

Bu sözləri Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin nümayəndəsi Şimon Samuels deyib.

O bildirib ki, təmsil etdiyi mərkəz yəhudi tarixi mədəni irsinin qorunması təbliği ilə məşğul olur: “Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh əmin-amanlıq şəraitində yaşayırlar. İstərdim ki, Qırmızı qəsəbə UNESCO-nun Dünya irsi siyahısına salınsın”.

Qonaq deyib ki, Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

***

Azərbaycan dünya mədəni təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu işə mühüm töhfələr verir. Bu isə Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Lüksemburqun UNESCO üzrə Milli Komissiyasının baş katibi Katerin Dekerin sözləridir.

Azərbaycanın zəngin tarixə mədəniyyətə malik olduğunu söyləyən qonaq burada olmaqdan məmnunluğunu ifadə edib: “Burada olduğum müddətdə Yanardağ qoruğu, Xalça Muzeyi, Atəşgah məbədində oldum. Ölkənizin qədim tarixə malik olması barədə məlumatlı olsam da, bu irsin milli səviyyədə mühafizə edilməsinə xüsusi diqqəti gördüm”.

 

Mədəniyyət.- 2019.- 5 iyul. S. 8.