Kolumbiya musiqisi gecəsi

Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyulun 3-də Bakıda bu ölkənin musiqi gecəsi keçirilib.

“Hyatt Regency” hotelində gerçəkləşən tədbirdə Kolumbiyanın “Puerto Candelariaqrupu çıxış edib. Latın Amerikası xalqlarının musiqilərini ifa edən kollektivin bir neçə uğurlu albomu (“Cinema Tropico”, “Kolombian Jazz”, “Amor u Deudas”, “Yo Me Llamo Cumbia s.) buraxılıb dünyanın bir çox ölkələrinə qastrol səfərləri olub.

Qrupun konserti maraqla qarşılanıb. Tədbir çərçivəsində Kolumbiya yazıçılarının əsərlərindən bu ölkənin incəsənət nümunələrindən ibarət sərgi açılıb.

 

Mədəniyyət.- 2019.- 5 iyul. S. 8.