İstanbulda azərbaycanlı rəssamların sərgisi

 

İstanbulun Esentəpə rayonunda yerləşən ticarət mərkəzində azərbaycanlı rəssam Aynur Paşayeva onun 14 yaşlı qızı Məryəm Paşalının sərgisi açılıb. Fikir duyğularını yağlı boya ilə məharətlə kətan üzərinə köçürən rəssamların mövzu seçimində məhdudiyyət yoxdur.

İncə əlləradlı sərgidə nümayiş olunan əsərlərin bir hissəsi Azərbaycan-Türkiyə qardaşlığı mövzusunu əhatə edir. Aynur Paşayeva bildirib ki, 2014-cü ildən İstanbulda yaşayan ailə Bakıya qayıdışları ilə bağlı sonuncu ictimai tədbirlərini təşkil ediblər.

Vətən xalq sevgisini, humanizm hisslərini tərənnüm edən əsərlərin nümayiş olunduğu sərgidə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun nümayəndələri, bu şəhərdə yaşayan işləyən soydaşlarımız iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 5 iyul. S. 8.