Tarixi irsimizin dünyada tanıdılmasında böyük nailiyyətlər əldə edilib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir:

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”.

 

Mədəniyyət.-2019.- 10 iyul.- S. 1.