“Bakıda qəbul edilən qərar
bizim üçün
böyük uğurdur”
“Mədəni irs nümunələri ilə zəngin Azərbaycanın UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi olduqca əhəmiyyətlidir. Bakıda olmaq bizim üçün çox xoşdur”.
Bu
sözləri sessiyada iştirak edən Çinin Yançenq
Şəhər Bələdiyyəsinin sədri Cao Lubao deyib.
O
vurğulayıb ki, iyulun 5-də sessiyada Çinin təqdim
etdiyi nominasiya – Sarı dənizin sahilində Bohai
boğazında miqrasiya edən köçəri
quşların təbii sahəsi Dünya irs siyahısına
salınıb: “Bu nominasiyanı 18 ölkə dəstəklədi.
Dünya İrs
Komitəsinin Bakı sessiyasında qəbul edilən bu qərar bizim üçün böyük
uğurdur”.
Mədəniyyət.-2019.- 10 iyul.-
S. 5.