Andre
Moruanın “Vəsiyyətnamə”si Azərbaycan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti nəşri – məşhur fransız yazıçısı Andre Moruanın “Vəsiyyətnamə” kitabı Azərbaycan dilində işıq üzü görüb.
Kitaba
yazıçının müxtəlif illərdə qələmə
aldığı 13 hekayəsi (“Bioqrafiya”, “Qızıl pulun
qarğışı”, “Mirrina”, “Çərşənbə
gününün bənövşələri”, “Vəsiyyətnamə”,
“Balzakın günahı ucbatından” və s.), eləcə də
dünyaca məşhur “Yad qadına məktublar” romanı
daxil edilib.
İncə bədii duyum, dərin psixologizm, klassik düşüncə sahibi olan Morua bioqrafik hekayələr və romanlar ustası kimi tanınır. Yazıçının Şelli, Bayron, Balzak, Hüqo, Düma, Jorj Sand, Turgenev, Çexov və digər dünya ədibləri haqqında qələmə aldığı esse və xatirələri onun memuar ədəbiyyatı janrının parlaq müəllifi kimi də əbədiləşdirib.
Əsərləri dilimizə
tanınmış şair, tərcüməçi
Mahir Qarayev çevirib. Kitabın redaktoru
Rəbiqə Nazimqızıdır.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.7.