Afrika cazı və muğam bir arada
Beynəlxalq Muğam Mərkəzində
Mali Respublikasının “Cheick
Tidiane Seck” qrupu və yerli
musiqiçilər maraqlı
konsert proqramı ilə çıxış
ediblər.
Konsertdə Afrika cazı və onun muğamla
sintezi səsləndirilib.
Qrupun rəhbəri Şek Tidian Sek dünya
şöhrətli musiqiçilər
Karlos Santana, Stiv
Vander, Rendi Vuesten, Cimi Kliff və
“Gorillaz” qrupu ilə birgə çalışdığını bildirib.
Azərbaycan Respublikasının UNESCO yanında
daimi nümayəndəliyinin
rəhbəri, səfir
Anar Kərimov qonaqları belə gözəl məkanda görməkdən şad
olduğunu vurğulayıb. Qeyd edib
ki, caz millətləri
və mədəniyyətləri
bir araya gətirən gözəl
vasitədir.
Malidən olan qrupa Şek Tidian Sek, Manteqari Frank (zərb), Adama Dembele (perkusiya), Cankey Suso (vokal),
Mohamed Hafsi (bas-gitara),
Mamadi Diabate (gitara) daxildir. Gecədə
həmçinin “Bacustik
Jazz” qrupunun – Salman Qəmbərov (piano), Emin Həsənov (bas-gitara) və Vaqif Əliyev
(zərb) çıxış
edib. Konsertdə muğamın cazla
sintezi Səxavət Məmmədov (tar), Oqtay Şərifov (kamança)
və Almaxanım Əhmədlinin (vokal) ifasında səsləndirilib.
Mədəniyyət.-2019.- 10 iyul.- S.8.