Qazaxıstan heyəti
Bakıdakı Sənətkarlıq festivalına baş çəkib
Dünya
İrs Komitəsinin Bakı sessiyası çərçivəsində
Mədəniyyət Nazirliyinin dəstəyi ilə
paytaxtın Nizami küçəsində 3-7 iyul tarixində
keçirilən I Respublika Sənətkarlıq Festivalına
xarici qonaqlar böyük maraq göstərib.
Festival
çərçivəsində ölkəmizdə olan müxtəlif
ölkələrin nümayəndələri, o cümlədən
iş adamları, dövlət qurumlarının təmsilçiləri
ilə görüşlər keçirilib, sənətkarlıq
sahələrinin inkişafı ilə bağlı təcrübə
mübadiləsi aparılıb.
İyulun
5-də Azərbaycanda səfərdə olan Qazaxıstan
Respublikasının Türkistan Vilayətinin akiminin
müavininin başçılığı ilə nümayəndə
heyəti ilə görüş keçirilib.
Görüş
zamanı sərgi ilə tanışlıq təşkil
edilib, qonaqlara Azərbaycanın milli-mədəni irsi, xalq tətbiqi-dekorativ
və təsviri sənət nümunələri haqqında məlumat
verilib. Qazaxıstan nümayəndə heyəti ölkəmizdə
mədəniyyətin inkişafına göstərilən
qayğını təqdir edərək
qarşılıqlı təcrübə mübadiləsi üçün əhəmiyyətli
perspektivlərin olduğunu bildirib. Azərbaycan sənətkarları
Qazaxıstanda təşkil ediləcək festival
və sərgilərə dəvət edilib.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.5.