Braziliya nümayəndə
heyətinin mətbuat konfransı
İyulun 7-də Bakı Konqres Mərkəzində Braziliyanın Parati mədəniyyəti və biomüxtəlifliyi ilə bağlı nominasiyasının Dünya irs siyahısına daxil edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.
Braziliyanın vətəndaşlıq nazirinin xüsusi katibi Henrique Pires bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir. Səfər çərçivəsində Şəkidə olduğunu bildirən qonaq bu qədim məkanın UNESCO-nun irs siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.
Braziliyanın UNESCO-dakı səfiri Maria Ediluza Bakıya artıq 4-cü dəfə səfər etdiyini deyib: “Çox gözəl ölkəniz, qonaqpərvər xalqınız var. Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESCO-da mədəni irsinin qəbuluna dəstək olub. Şəkinin Dünya irs siyahına daxil olunduğu sessiyada iştirakımdan məmnunam”.
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov qonaqların xoş sözlərinə görə təşəkkür
edib. Ölkələrimizin UNESCO-da sıx əməkdaşlıq etdiklərini
qeyd edən baş katib Braziliyanın nominasiyasının Dünya irs
siyahısına daxil edilməsi münasibətilə
təbriklərini çatdırıb.
Mədəniyyət.-2019.- 10 iyul.-
S.3.