43-cü
sessiyanın son işçi
iclası keçirilib
İyulun 9-da UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası
plenar iclasda öz işini davam etdirdi.
Sessiyaya
sədrlik edən Azərbaycan Respublikasının
Mədəniyyət naziri
Əbülfəs Qarayev
məlumat verdi
ki, bugünkü iclas cari sessiyanın
son işçi iclasıdır.
Bu gün əsasən
büdcə, inzibati, beynəlxalq yardım məsələləri müzakirə
ediləcək.
Əvvəlcə Dünya irs siyahısındakı
beynəlxalq maliyyə
yardımına ehtiyacı
olan bir sıra nominasiyaların dəstəklənməsi məsələsi
üçün ayrılan
vəsaitin necə bölüşdürülməsi barədə hesabat dinlənildi.
Ekvadorun
Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbii
qoruğunun bərpası
və konservasiyası,
idarə olunması ilə bağlı beynəlxalq yardımın
artırılmasının vacibliyi vurğulandı.
Sonra mövcud
əməliyyat qaydalarına
əlavə edilən
bəndlər müzakirə
edildi.
Növbəti məsələ olaraq Dünya İrs Komitəsinin prosedur qaydalarına dəyişikliklər
müzakirə edildi. Bu qərar da qəbul
edildikdən sonra iclasın sədri
43-cü sessiyada mühüm
qərarların qəbul
edildiyini söylədi
və bu qərarların həyata keçiriləcəyinə əmin
olduğunu bildirdi.
İclasın sonunda 2020-ci ildə Dünya İrs Komitəsinin 44-cü sessiyasına
Çin Xalq Respublikasının sədrlik
edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi
bildirildi.
Çin nümayəndə heyəti
bu etimada görə minnətdarlığını
bildirdi və Fuçjou şəhərinin
tanışlıq videoçarxı
nümayiş etdirildi. 44-cü sessiya iclaslarının sədri, sədr müavinləri və məruzəçilər, sessiyanın
müvəqqəti gündəliyi
təsdiq edildi. Bununla da UNESCO-nun Dünya İrs Komitəsinin
43-cü sessiyası işçi
iclaslarını başa
çatdırdı.
İyulun 10-da bağlanış iclasında
sessiyanın yekun sənədi qəbul ediləcək.
GÜLCAHAN
Mədəniyyət.-2019.- 10 iyul.- S.2.