Xarkovda Azərbaycan mədəniyyəti məkanları açılacaq

 

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART qalereya və heykəl parkının açılışı üçün işlər yekunlaşıb və sənədləşmə işləri başa çatdırılıb.

Bu barədə Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.

O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzinin və parkın rəsmi açılışı keçiriləcək.

Mədəniyyət mərkəzi və ART qalereyanın əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, istedadlı uşaqların inkişafı və dəstəklənməsi, humanitar və xeyriyyə aksiyalarının həyata keçirilməsidir.

Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəridir.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 3.