Sumqayıtın ritm qrupu Samarada
festivalda çıxış
edib
Rusiyanın Samara şəhərində ənənəvi
Beynəlxalq ritm festivalı keçirilib. 15-ci dəfə
təşkil olunan festivalda Azərbaycanı Sumqayıt şəhər
N.Nərimanov adına Mədəniyyət
mərkəzində fəaliyyət
göstərən Rövşən
Cabbarın rəhbərlik
etdiyi “Rövşən”
ritm qrupu təmsil edib.
Festivalda 15 xarici ölkə, Rusiyanın 15 böyük
şəhərindən dəvət
olunmuş sənətçilər
iştirak edib.
Türkiyə, İran,
Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn
ritm həvəskarları
ilə səhnəni bölüşən istedadlı
ritm ustası Rövşən Cabbar
Tolyatti şəhərinin filarmoniyasında
solo konsertdə festival iştirakçılarının
könlünü oxşayıb.
Mədəniyyət.- 2019.- 12 iyul. S. 3.