İsveçrənin
www.travel-blog.ch səyahət portalında “Şəki Xan sarayı UNESCO-nun Dünya irs siyahısına daxil edilib” adlı məqalə verilib.
Oxucuların diqqətinə çatdırılır
ki, öz əsrarəngiz memarlıq
üslubu ilə Şəki Xan sarayı Azərbaycanın
tarixi və memarlıq abidələri
içərisində xüsusi
yerə malikdir.
Vurğulanır ki, bu abidə
Azərbaycan rəngkarlığı
və xalq sənətinin nadir incilərindən
biridir.
Məqalədə UNESCO-nun Dünya
İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyası çərçivəsində
qəbul edilən qərarlar və bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs
edilib.
Daha sonra Şəki şəhərinin tarixi, Xan sarayı və şəhərin qədim memarlıq abidələri haqqında
oxuculara ətraflı
məlumat verilib, Şəki xanlarının
memarlıq zövqü
və burada tətbiq olunmuş üslublar və şəbəkə barədə
bəhs edilib.
Mədəniyyət.- 2019.- 12 iyul. S. 1.