“Ədəbiyyatın
sabahına gedən yol”
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası
günlərində təşkil olunan mədəniyyət
tədbirlərindən biri də Abdulla Şaiqin mənzil-muzeyində
gerçəkləşib.
“Ədəbiyyatın sabahına gedən
yol” mövzusunda dəyirmi masa muzeyin və Dünya Gənc
Türk Yazarlar Birliyinin təşkilatçılığı
ilə reallaşıb.
Muzeyin direktoru, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
qonaqları salamlayaraq tədbirin bu məkanda keçirilməsinin
təsadüfi olmadığını vurğulayıb,
görkəmli ədib Abdulla Şaiqin hər zaman gənc
yazarlara dəstək verdiyini, bu qayğıkeşliyi ilə
yaddaşlarda qaldığını deyib.
Dünya Gənc Türk Yazarlar Birliyinin
sədri İntiqam Yaşar da çıxışında
neçə-neçə nəsillərin Abdulla Şaiqin əsərləri
ilə böyüdüyünü diqqətə
çatdırıb.
BDU-nun dosenti Təranə Turan Rəhimli
türk yazarlarının dünya ədəbi mühitində
daha çox tanınmasının vacibliyindən söz
açıb.
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Arzu Hacıyeva və gənc yazarlar Abdulla Şaiqin ədəbi
fikir tarixində xüsusi xidmətlərindən
danışıblar.
Gənc şairlər şeirlərini
oxuyublar. Sonda iştirakçılar
muzeyin ekspozisiyasını ziyarət ediblər..
Mədəniyyət.-
2019.- 12 iyul. S. 4.