Narkomaniyaya
qarşı mübarizədə mədəniyyət müəssisələrinin
rolu
İyulun 10-da Ağcabədi şəhərində
Mədəniyyət üzrə Elmi-Metodiki
və İxtisasartırma Mərkəzinin (MEMİM) və
Ağcabədi Regional Mədəniyyət
İdarəsinin birgə təşkilatçılığı
ilə “Narkomaniyaya qarşı mübarizədə
mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib.
Tarix-diyarşünaslıq muzeyində
keçirilmiş tədbirdə “Gənc mədəniyyət
işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri iştirak edib.
Regional idarənin rəisi Rza Quliyev
çıxış edərək mövzunun
aktuallığını diqqətə çatdırıb.
Qeyd edib ki, mədəniyyət müəssisələri, o
cümlədən kitabxanalar bu mövzuda maarifləndirici tədbirlər
və aksiyalar keçirir.
MEMİM-in elmi katibi Cavid Əliyev
Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair dövlət
proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən
görülən və görüləcək işlərdən
bəhs edib.
Mərkəzin əməkdaşlarından
Ceyhun Əhmədov, Elnur Hacıbabayev, Rəfiqə Nəsirova
məruzələrlə çıxış ediblər.
Məsələ ilə bağlı
metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat
xarakterli tamaşaların hazırlanmasına dair təkliflər
səsləndirilib. Mövzu ətrafında müzakirə və fikir mübadiləsi
aparılıb.
Seminarın fəal iştirakçılarına
sertifikatlar təqdim olunub.
Mədəniyyət.-
2019.- 12 iyul. S. 4.