Mədəniyyət nazirinazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2019-cu il iyul ayının 26-da saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Həmin gün saat 11:00-da nazirin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

Sıra №-si

Şəhər (rayon)

Əlaqələndirici şəxs

Əlaqə telefonu

 1.

Quba rayonu

Fuad Orucov

050-222-84-14
023-335-33-00

 2.

Qusar rayonu

David İbramxəlilov

050-631-52-36
023-385-48-56

 3.

Xaçmaz rayonu

Fərid Musayev

055-206-10-61
023-325-22-73

 4.

Şabran rayonu

Əhməd Səmədov

050-206-96-30
023-353-25-84

 5.

Siyəzən rayonu

Zəminə Qədirli

070-756-45-80
023-304-07-67

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 4.