Hüseyn Cavid” monoqrafiyası təkrar nəşr olunub

 

Akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuşHüseyn Cavid” monoqrafiyası Hüseyn Cavidin ev-muzeyi tərəfindən nəşr olunub. Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı Məmməd Cəfərin monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir.

Vəsait ölkə başçısının “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli sərəncamı əsasında AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planı çərçivəsində çap olunub.

Nəşrin tərtibçisi və ön sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya tədqiqatçılar üçün dəyərli mənbədir.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 7.