Səhnədən-səhnəyə

Böyük ədib Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında növbəti səhnə əsəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanır. Əsərə Xalq artisti, rejissor Cənnət Səlimova quruluş verir.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanan əsərin səhnə redaksiyasının müəllifi yazıçı İlqar Fəhmi, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir. Rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Mehriban Abdullayeva, Vahid Əliyev, Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa edəcəklər.

İkihissəli tamaşanın premyerası oktyabrın sonlarında olacaq.

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 7.