Heykəllərlə şəhər gəzintisi

(II yazı)

Bundan öncəki yazımızda sizlərə Bakıda əsasən son illərdə şəhərin abadlaşdırılması zamanı ayrı-ayrı məkanlarda qoyulan hər hansı konkret tanınmış şəxsin deyil, ümumiləşdirilmiş, çoxumuza bir yöndən tanış gələn insan heykəlləri barədə məlumat vermişdik. Bu yazıda isə paytaxtımızda Azərbaycanın tanınmış ədəbiyyat mədəniyyət xadimlərinə qoyulmuş heykəllərdən söz açacağıq.

Onu da qeyd edək ki, Bakıda tanınmış şəxsiyyətlərə qoyulan ilk heykəl 1922-ci ildə ucaldılmış görkəmli satirik şair, maarifçi Mirzə Ələkbər Sabirin heykəlidir. Müəllifi Yakov İosifoviç Keylixis olan heykəl sənətkarlıq baxımından o qədər uğurlu olmur.

Heykəlin yerləşdiyi bağda quruculuq işləri aparılır. Bu işlərdə əsas məqsəd bağın sərt qala divarları ətrafda olan qədim tikililərlə harmoniyasını yaratmaq idi. Sabirin heykəli bu harmoniyaya uyğun gəlmədiyindən onu yenisi ilə əvəzləmək qərarına gəlirlər. Beləliklə, heykəltəraş Cəlal Qaryağdı 1958-ci ildə Sabirin indiki heykəlini hazırlayır. Əsərin memarları Ə.İsmayılov Q.Əlizadədir. Abidənin ilk diqqətçəkən məqamı şairin oturaq vəziyyətdə təsvir olması idi. Heykəltəraş şairinBənzərəm bir qocaman dağə ki, dəryadə durarmisrasından təsirlənərək ona bu cür forma vermişdi.

***

İndi isə yolumuzu İstiqlaliyyət küçəsindən salırıq. Bizləri burada dünya poeziyasının günəşi hesab olunan dahi şair, mütəfəkkir Nizami Gəncəvinin heykəli qarşılayır. 1949-cu ildə açılışı olan heykəlin müəllifi, Xalq rəssamı Fuad Əbdürrəhmanov, memarları isə Mikayıl Hüseynov Sadiq Dadaşovdur. Heykəl Bakıda ucaldılmış ən hündür abidələrdən biridir. Hündürlüyü 15 metr olan heykəl 9 metrlik, səkkizbucaqlı postament üzərində qoyulmuş 6 metrlik abidədir. Şair ayaq üstə durmuş vəziyyətdə verilib.

Nizaminin əlində lülə halında bükülmüş kağız var onun nəzərləri AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlib.

Şairin obrazının bitkin açılması üçün heykəltəraş qədim Azərbaycan libası əbadan çalmadan məharətlə istifadə edib. Əbanın iri, ağır büküşləri qalın, kip parça təsəvvürü yaradır. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşüb. Abidədə Nizaminin simasından müdriklik böyüklük oxunur.

***

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısına yaxınlaşırıq. Qarşımızda dahi şair, mütəfəkkir Məhəmməd Füzulinin heykəli ucalır. Abidənin müəllifləri Tokay Məmmədov Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Müəlliflər böyük söz ustadını düşünən vəziyyətdə təsvir ediblər.

1958-ci ildə M.Füzulinin anadan olmasının 400 illiyi münasibətilə elan edilmiş müsabiqəyə təqdim edilən heykəl 1963-cü ildə qalib elan olunur. Bu işə görə T.Məmmədov Ö.Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülürlər.

Abidə qranit postament üzərində ucalan bürünc heykəldən postament qarşısında yerləşən fəvvarədən ibarətdir. Heykəlin hündürlüyü 12 metrdir. Dahi şairin üzünün cizgiləri, alnında, qaşlarının arasındakı xəfif qırışlar onun gərgin fikirlərlə yaşadığı həyəcan keçirdiyi anları təsvir edir...

***

Sonuncu üz tutduğumuz məkan isə metronunNizamistansiyasının yaxınlığında ucaldılan ilk ali təhsilli memarımız Zivər bəy Əhmədbəyovun heykəlidir. Bu abidə Bakının gənc heykəllərindən sayılır - 2011-ci ildə açılışı olub.

Müəllifi Xalq rəssamı Natiq Əliyev olan abidənin qoyulduğu yer təsadüfən seçilməyib. Belə ki, metro stansiyasından sol tərəfdə yerləşən bina görkəmli memarın layihəsi əsasında tikilib.

Z.Əhmədbəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı baş memarı olub şəhərin infrastrukturunun inkişafında mühüm rol oynayıb. O öz layihələrində Qərbi Avropa Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirib.

Heykəllərin sorağı ilə paytaxtımızı gəzməyə davam edəcəyik...

 

NURƏDDİN

Mədəniyyət.- 2019.- 12 iyul. S. 6.