Səmərqənd “Şərq təranələri”
festivalına hazırlaşır
Bu il
avqustun 26-dan 30-dək Özbəkistanın
Səmərqənd şəhərində
12-ci Beynəlxalq “Şərq
Təranələri” Musiqi
Festivalı keçiriləcək.
Ənənəvi festival Şərq
musiqi sənətini inkişaf etdirməyi, folkloru yaymağı, Özbəkistan və digər ölkələrin
xalqları arasında
musiqi və sənət adət-ənənələrini
paylaşması ilə
yanaşı, bu sahədə elmi mübadilə aparmağı
da qarşıya məqsəd qoyub. Təsadüfi deyil ki, bu
il festival Beynəlxalq Folklor Təşkilatına üzvlüyə
qəbul edilib.
UNESCO-nun
da dəstək verdiyi festivalda indiyədək ümumilikdə
100-dən çox ölkənin
təmsilçiləri iştirak
edib. Builki festivala 80 ölkədən
400-dən artıq əcnəbi
qonağın, eləcə
də UNESCO və
İSESCO nümayəndələrinin gələcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın musiqi xadimləri, sənətşünasları da
hər il
Səmərqənd festivalında
iştirak edirlər.
Tədbir çərçivəsində
“Şərq xalqlarının
ənənəvi musiqi
sənətinin inkişafı
üçün gözləntilər”
mövzusunda elmi-praktik
konfransla yanaşı,
Özbəkistanın ənənəvi
musiqi ustalarının
konsertləri və beynəlxalq musiqi yarışması, dəyirmi
masa və seminarlar təşkil ediləcək.
Mehparə
SULTANOVA
Mədəniyyət.-
2019.- 12 iyul. S. 8.