Heydər Əliyevə olan sevgi tükənməzdir

Fenomenlik Yaradanın verdiyi, insana məxsus olan elə bir qüdrətdir ki, o qüdrətdə bütün meyarlar cəmləşir. İnsan həm idrakı, zəkası, bacarığı, erudisiyası, qavrama təlqin imkanları ilə, həm fiziki gücü, dözümlülüyü ilə başqalarından ciddi şəkildə fərqlənir həmin fərqlilik onu seçilmiş simaya, liderlik miqyasına yüksəldir. Tarixdə belə liderlər çoxdur. Onların hər biri tarixin səhifələrində özlərinə yer tutmuşlar. Ancaq həmin fərqli fenomenlərin özünəməxsus cəhətləri vardır ki, o cəhətlər hər bir insanın xisləti ilə əlaqəli şəkildə özünü göstərir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev öz humanist xisləti ilə tarixdə əbədiyyət qazanmış liderlər sırasında xüsusi yerə sahibdir. Peşənin, sənətin, elmin, ədəbiyyatın, mədəniyyətin, incəsənətin, səhiyyənin sairbütün sahələrin hər birinin səhifələrində Heydər Əliyevin humanist izi, xeyirxah ləpiri, öz nurlu parlaqlığı ilə bərq vurur. Çünki Heydər Əliyev həmin sahələrdə fərqlənən insanları çox böyük humanistliklə, xeyirxahcasına, səxavətlə yüksəldirdi. Onları özlərinin təsəvvür etmədikləri, o vaxta kimi qədər çalışsalar da, yüksəlmələri mümkün olmayan mərtəbələrə qaldırırdı. Heydər Əliyevə qədər sıxıntılar içərisində üzülən, başqa millətlərin düşmənçilik məqsədləri qarşısında zəif görünən xalqımız ulu öndərin milli strateji məfkurəsi ilə öz aydın yoluna çıxdı bu yolda ruh yüksəkliyi ilə addımlamağa başladı.

Heydər Əliyevin həyat fəaliyyətini incələyərkən görürsən ki, o, böyük siyasət dövlət xadimi kimi daima xalqının sənətkarlarının, elm adamlarının, hətta sadə əməkçi insanlarının belə, yüksəklərə ucalmaları üçün onlara şərait yaratmış, köməklik göstərmiş təkan vermişdir. Bəzi insanlar ətrafındakıların yüksəlməsindən ciddi narahatlıq hissi keçirirlər, çünki qorxurlar ki, kölgədə qala bilərlər. Ancaq Heydər Əliyev ətrafındakı insanları ən mötəbər yüksəkliklərə qaldırırdı. Bütün var gücü ilə xalqının layiqli nümayəndələrini zirvələrə yüksəldirdi. Bununla da Heydər Əliyev xalqını yüksəldirdi. Xalqı yüksək millətin lideri istər-istəməz ən yüksək zirvədə dayanır. Heydər Əliyev zirvələrin yolunu bu yolda yüksəlməyin səmtini dərindən bilən qeyrət sahibi idi. Onun bu bacarığı az zaman kəsiyində respublikamızı, eləcə xalqımızı SSRİ miqyasında ən mötəbər kürsüyə aparıb çıxardı, müstəqillik dövrümüzdə isə dünyanın ən sayılan dövlətləri xalqları sırasına yüksəltdi.

Heydər Əliyev bütün sahələrdə bir məktəbdir. Biz o məktəbdən qədər çox öyrənsək, o qədər zəngin olacağıq. Heydər Əliyev bütün meyarlara məhz öz fenomenal qüdrəti ilə yanaşır dəyər verirdi. Ona görə onun qarşısını heç bir qüvvə heç vaxt ala bilmədi bundan sonra da qədər ki, Heydər Əliyevin qoyduğu yolla gedəcəyik, bizə zaval yoxdur. Bizim yolumuz elə incə ilmələrlə toxunub toxunmaqda davam edir ki, bizim ilməmizi heç bir qüvvə poza, qarışıq sala bilməz.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə başladığı 1969-cu ilin 14 iyul tarixi, mənə görə, Azərbaycanın yüksəliş tarixinin başlanğıcı idi. Həmin gündən başlayaraq, Azərbaycanda bütün rakurslardan mənzərə dəyişməyə başladı. O cümlədən milli ruh dirçəlişə doğru səmt aldı. Milli kadrların irəli çəkilməsi məhz Heydər Əliyevin gəlişi ilə, məhz onun dövründə, onun milli strategiyası ilə pərvəriş tapmışdır. Xalqımızın istedadlı nümayəndələrinin Sovet İttifaqında ən mötəbər mərhələlərə yüksəlməsi Heydər Əliyevin müstəsna xidmətləri sayəsində geniş vüsət aldı. Heydər Əliyevin milli məfkurəsi gələcəkdə onun ümummilli lider miqyasına yüksəlməsinə səbəb oldu. Heydər Əliyev hamıdan fərqli olaraq yaxşı dərk edirdi ki, öz xalqına humanist münasibət göstərən insan öz xalqının rəhbəri miqyasında əbədilik statusu alır. Odur ki, qədər Azərbaycan var, Heydər Əliyev həmişə azərbaycanlıların sırasında ümummilli lider olaraq yaşayacaqdır.

Tale belə gətirib ki, mən ulu öndər Heydər Əliyevlə yaxın ünsiyyətdə ola bilməmişəm. Əlbəttə ki, buna çox təəssüf hissi ilə yanaşıram. Kaş həmin qismətdən mənə nəsib olaydı mən onun tapşırıqlarını icra etmək şərəfini yaşamış olaydım. Cəmisi iki dəfə, bir neçə saat müddətində onun ətrafındakılar sırasında dayanmaq görüşmək şansım olubdur. Lakin qismət oldu ki, mən Heydər Əliyev fenomeninin, o nəhəng şəxsiyyətin bədii obrazını ədəbiyyatadramaturgiyaya (“Qurtuluşa gedən yol”, “Qurtuluş dastanıtarixi xronikal dramlar, “Nurlu ömrün anlarıİşıqlı, nurlu sabahmənzum tarixi dramlar) gətirdim. Eyni zamanda o böyük dühanın obrazını səhnədən canlandırmaq qisməti mənə nəsib oldu. Üç əsərdə, tarixilik baxımından fərqli dövrləri əhatə edən pyeslərdə Heydər Əliyev şəxsiyyətinin daxili duyğularını yaşamaq imkanı, sənət adamına böyük zənginlik bəxş edən dolğun bir duyğu, əhval, ruh rahatlığıdır. Aktyor üçün yaratdığı obrazın daxili dünyasına varmaq onun daxili aləmini öz süzgəcindən həssaslıqla keçirib tamaşaçıya təqdim etmək başqa hissdir, başqa duyğudur. Yazıçı üçün yaratdığı qəhrəmanının bədii portretini ən zəngin çalarlarla ərsəyə gətirmək, qəhrəmanının duyğularını, özünəməxsus xüsusiyyətlərini ən dolğun rənglərlə canlandırmaq qədər mənəvi rahatlıq gətirirsə, aktyor üçün həmin meyarlara nail olmaq daha da dolğun əhval yaradır. Bütün tarixi şəxsiyyətlərin obrazları üzərində çalışmaq xüsusi zövqdür. Ancaq Heydər Əliyevin bədii obrazı üzərində çalışmaq dərin fəlsəfi qatlarda düşünmək, dəryalarda qol açıb üzmək geniş səmada qanad çalıb uçmaq qədər fərəhlidir, həm zəngin əhval yaradan prosesidir.

Azərbaycan incəsənətinin, o cümlədən teatrların pərvəriş tapmasında, teatr sənətkarlarının inkişaf etməsində, dəyərləndirilməsində Heydər Əliyevin diqqət qayğısı əvəzsizdir. Müasiri olan elə bir sənətkar tanımıram ki, onun taleyində Heydər Əliyevin rolu olmasın. Bizim borcumuzdur ki, ulu öndərimizi təkcə tarixin səhifələrində deyil, həm könlümüzün hisslərində sənətimizin qüdrətində yaşadaq.

İFTİXAR

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2019.- 12 iyul. S. 8.