Ləzgi musiqi
və poeziya gecəsi
Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında şair-jurnalist
Müzəffər Məlikməmmədovun 70 illiyinə həsr
edilmiş ləzgi musiqi
və poeziya gecəsi keçirilib.
Azərbaycanın
ləzgi ictimaiyyətinin tanınmış nümayəndələri
– “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova,
“Samur” Milli Mədəniyyət Mərkəzinin sədri
İmran Rzayev, general-leytenant Yaşar Aydəmirov və
başqaları yubilyarı təbrik ediblər.
Çıxış edənlər yubilyarın həyat yolu və
yaradıcılıq axtarışları barədə
danışıblar.
Müzəffər
Məlikməmmədov öz şeirlərini oxuyub,
kitablarını tədbir iştirakçılarına hədiyyə
edib. “Suvar” ansamblının solistləri və rəqqaslar
öz məharətlərini nümayiş etdiriblər.
Sonda
yubilyar tədbir iştirakçılarına minnətdarlığını
bildirərək qeyd edib ki, ləzgi poeziyasının
inkişafına yönəlmiş fəaliyyətini davam etdirəcək,
oxucuları yeni yaradıcılıq uğurları ilə
sevindirməyə çalışacaq.
Mədəniyyət.-
2019.- 12 iyul. S. 5.