“Şarivari”
və sualtı dəniz mühiti
“YARAT”da
açılan iki yeni sərgiyə press-tur təşkil olunub
“YARAT” Müasir İncəsənət
Mərkəzində rusiyalı
rəssam Taus Maxaçevanın “Şarivari”
və Koreya-Kanada rəssamı Zadi Çanın fərdi sərgisinə jurnalistlər
üçün press-tur
təşkil edilib.
Məlumat verilib ki, geniş
və çoxprofilli yaradıcılıq təcrübəsinə
malik Taus Maxaçeva bu dəfə interaktiv
multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ-də
sirk ənənələrinə,
ələlxüsus Bakı
Dövlət Sirkinin tarixinə həsr olunub, müəllif əsərlər vasitəsilə
Qafqazın müasirliyini
araşdırır.
Memar Mariya Serova, yazıçı Aleksandr
Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq
çərçivəsində hazırlanmış monumental, çoxlaylı
instalyasiyaya mərkəzi
heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi
müddətində genişləndirilərək
nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayır.
“Şarivari” termini spesifik sirk hərəkətinə
– sinxron şəkildə
təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından
ibarət kütləvi
sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir
və tamaşanın
texniki mürəkkəbliyi
də artır; sanki artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini,
bacarıqlarını, cəsarətlərini
və xarakterlərini
nümayiş etdirirlər.
Taus Maxaçeva
1983-cü ildə Moskvada
anadan olub. Məşhur avar şairi Rəsul Həmzətovun nəvəsidir. Londonun Qoldsmit
Kollecində bakalavr və Kral İncəsənət
Kollecində magistr təhsili alıb. Mahaçkalada yaşayır. Müasir incəsənət sahəsində
“İnnovasiya” Dövlət
mükafatının, Kandinski
mükafatının (“İlin
media layihəsi” nominasiyası,
2011) laureatıdır.
Taus Maxaçevanın filmlər
və arxiv fotoşəkillərinə əsaslanan
instalyasiyası xaotik,
xəyali sirk mühiti yaradır və bura qeyri-adi,
qəribə məxluqlarla
doludur: danışan
at, sintetik ayılar, şirin cəhəngində
gimnast, gimnastın içində isə qoyun... bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə
qurulmasını seyr etmək, VR (virtual reallıq)
sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak
etmək imkanı təklif olunur.
Sərginin kuratoru Suad Qarayeva-Malekidir.
Sonra media təmsilçiləri
Zadi Çanın fərdi sərgisi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, yeni
multimedia layihəsini təqdim
edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli
səs sistemi, iriölçülü videoproyeksiyalar,
heykəllər və
kostyumlar vasitəsilə
seyrçiləri cəlbedici
dünyaya dəvət
edərək sualtı
dəniz mühiti yaradır.
Zadi Ça 1983-cü ildə Vankuverdə doğulub. Hazırda Londonda yaşayır və fəaliyyət göstərir. Əsərləri beynəlxalq qalereya və festivallarda nümayiş etdirilir.
Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə, canlı performans, video, rəsm və parçalardan istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri – musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam çox zaman fantastik sualtı aləmi yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.
Sərginin kuratoru “Art Night”ın bədii rəhbəri
Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.
Hər iki sərgi sentyabrın 29-dək
ziyarətçilər üçün
açıq qalacaq.
Mədəniyyət.-2019.- 17 iyul.- S.8.