“İrəvan: ensiklopedik
foto-toplu”
Filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin tərtib etdiyi “İrəvan: ensiklopedik foto-toplu” kitabı çapdan çıxıb. Topluda İrəvan mühiti ilə bağlı 110 ziyalı haqqında yığcam məlumat verilir. Tərtibçilərin kitaba daxil etdikləri foto-toplu materialları unudulmuşları, yaddan çıxmışları tarixə çevirməyin nə qədər vacib olduğunu gündəmə gətirir.
“Elm
və təhsil” nəşriyyatında işıq üzü
görən kitabın redaktoru və ön söz müəllifi
filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur.
B.Xəlilov
ön sözdə yazır ki, topludakı hər şəklin
arxasında bir tarix dayanır. Fotolarda
yaşayan tarixin özü də ən gərəkli mənbə,
qaynaq rolunu oynayır.
Şəkillər arasında elələri var
ki, İrəvanla bağlı möhürdür, silinməyən, itməyən
abidədir. Topludakı Göy
məscid, İrəvanın qədim görüntüsü,
İrəvan yaxınlığındakı Çobankərə
kəndindən bir görünüş,
Sərdar sarayı, Pənah xanın sarayı, İrəvanda Bazar meydanı və digər fotolar
tarixi həqiqətləri təqdim etmək
baxımından əvəzsizdir.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.7.