Mədəniyyət evində
uşaqların moda yarışması
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün moda yarışması təşkil olunub.
Tədbirin
aparıcısı Fatimə Rüstəmova moda
yarışması barədə məlumat verərək
iştirakçılara uğurlar arzulayıb.
Sonra ”Sweet baby” rəqs
kollektivi çıxış
edib.
Münsiflər heyəti qismində rəssam-dizayner Elnarə İskəndərova, “İncilər”
uşaq bağçasının
direktoru Leyla İbişova, Zığ qəsəbə Mədəniyyət
evinin direktoru, modelyer-dizayner Günel İmaməliyeva çıxış
ediblər.
I, II, III yerləri tutan
uşaqlar diplom, fəxri fərman və hədiyyələrlə
təltif olunublar.
Mədəniyyət.-2019.- 17 iyul.- S.7.