“Mən realist
dramaturqam”
Tuncər Cücənoğlu: “Əsas odur ki, duyğularının səhnə həlli tamaşaçıya çatsın. Yazıçı, dramaturq olaraq mənim əsas qayəm də budur”
Dünyaya inteqrasiya, hər kəsin anlayacağı dil ilə dialoq dedikdə ilk olaraq yada sənət və onun teatr qolu düşürsə, nə xoş. Çünki çağdaş teatr düşüncəsində də əsas qayə budur – tamaşaçıya dövrünün aynası ola bilməsini izhar etmək. Bu anlamda çağdaş dünya teatrında onun da öz adı var. Tuncər Cücənoğlu imzası teatr ictimaiyyətinə yaxşı tanışdır. Müxtəlif mövzulu əsərləri, aktual problemləri əhatə edən dramaturgiyası səhnədən-səhnəyə dolaşır. Əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan, gürcü, yapon, Azərbaycan, tatar, çin, ərəb, fars, özbək – ümumilikdə 30-dan artıq xarici dilə tərcümə olunan müəllif bu il dramaturq kimi yaradıcılığının 50 ilini qeyd edir.
Müxtəlif ölkələrdə fərqli səhnələrdə tamaşaya qoyulan “Uçqun”, “Boyaçı”, “Gözəlçələr”, “Qızıl çay”, “Dalan”, “Sənət”, “Təyyarə”, “Şapka”, “Ziyarətçi”, “Müəllim” və s. əsərləri müəllifə şöhrət gətirib.
Onunla müsahibəni bir müddət öncə etmiş, Azərbaycanda da tamaşaya qoyulan əsərləri və bütünlükdə çağdaş teatrda baş verən proseslərdən danışmışdıq. Hazırda səhhəti ilə bağlı problem yaşayan və müalicəsini davam etdirən yazıçıya şəfa diləyir və bu söhbəti sizlərə təqdim edirik.
- Gəlin, söhbətə bundan başlayaq ki, bu gün teatr kimə və nəyə lazımdır?
- Teatr hər zaman və hamıya lazımdır. Dilindən, düşüncəsindən, dünyagörüşündən asılı olmayaraq, hamının bu ecazkar sözə ehtiyacı var. Çünki teatr elə özlüyündə həyat, gerçəkliyin yığcam əksidir. Teatrı, sənəti həyatın bir parçasına çevirməyə məcburuq. Çünki ən mürəkkəb vəziyyətlərdə, ən kritik məqamlarda sənət, xüsusən teatr həm də xilas, sevgi, anlaşma, tolerantlıqdır.
- Sizin üçün teatrın nə ifadə etdiyini bir neçə cümləyə sığdırsaq...
- Mənim üçün teatr həyatın tam özü, yaşamağın nüvəsidir. O, dünyanı dəyişdirəcək, həm də gözəlləşdirərək dəyişdirəcək ən mükəmməl rejissordur.
- Bir çoxları dar məkanda böyük azadlıq vəd edən teatra tam başqa yanaşır. Xüsusən gənclərə teatrın hansı önəmini deməliyik?
- Haqlısınız, teatr məkan, sənət olaraq nə dərəcədə vacib bir nemətdir fikrini durmadan təbliğ etməliyik. Həm də təkcə gənclərə yox. Elə yetişən tamaşaçı nəslinə – uşaqlara və təəssüf ki, türlü səbəblərdən teatrdan ayrı düşən, yaxud həyatında heç vaxt teatra aid bir səhifə olmayan böyüklərə, yaşlılara da onun önəmini çatdırmalıyıq. Daha yaşanılası dünya, daha yaxşı dialoq üçün bu, vacibdir.
- Əsərləriniz müxtəlif dillərə tərcümə olunub və fərqli səhnələrdə qoyulub...
- Pyeslərim hazırda 35 dilə tərcümə olunub və proses davam etməkdədir. Əsərlərim bəşəri və aktual problemlərin səhnə həllinə çalışmaq cəhdim olduğundan istər rejissorlar, istərsə də tamaşaçılar tərəfindən maraqla qarşılanıb ki, bu da məni çox sevindirir.
– Bu uğura necə nail olmusunuz?
– Əsərlərimi yalnız Türkiyə üçün deyil, dünya xalqları üçün də yazıram. İnsanlığın problemləri ortaqdır.
Əgər sağlam bir
hekayəniz, xarakterləriniz
və insanlığı
maraqlandıran bir mesajınız varsa, bu zirvəyə çatmaq mümkündür.
– Azərbaycan tamaşaçısı
sizi kifayət qədər tanıyır.
Bizim ölkəmizdə səhnə
həyatı yaşayan
əsərlərinizin quruluş
həlli sizi qane edirmi?
– Əsərlərimin dost, qardaş
ölkədə səhnələşdirilməsi,
tamaşaçılarda, mədəniyyət,
teatr sahəsinə bağlı insanlarda maraq doğurması məni çox sevindirir. Etiraf edim ki, əsərlərim sizin səhnələrdə nümayiş
olunanda daha çox sevinirəm.
Çünki oranın oxucusu
da, tamaşaçısı
da, quruluşçusu
da mənə ruhən yaxın, doğmadır. Eynən
Nazim Hikmətə, Əziz Nesinə, Səbahəttin Əliyə
yaxın olan kimi. Həm də Azərbaycan
teatrı özlüyündə
zəngin bir tarixə, yola malikdir. Fərqli cərəyan və
məktəblər bu
ölkənin teatrını
inkişaf etdirib.
– Bir müəllif olaraq hansı mövzulara toxunmağa çətinlik çəkirsiniz?
Və ya hansı mövzuda
yazmaq ağırdır?
– Hazırkı durumda bəzi mövzular var ki, milliyyətçilik
və təəssübkeşlik
kimi yozulma məqamında toxunmaq çətindir. Yəni həssas mövzulardır
və istənilən
halda müəllif olaraq sənin toxunmadığın, sətiraltı
belə vermədiyin mənalarda da müzakirə oluna bilər. Amma mən elə
məhz bu həssas və olduqca ağrılı mövzulara toxunmağa çalışıram. Çünki ədəbiyyat, yaradıcılıq
hansısa fərdlərin
və ya qrupların yox, ümumilikdə bəşəriyyətin
təməl dəyərlərinə
xidmət etməlidir.
– Azərbaycan teatrı, rejissorları, bizim teatr sənətimiz haqqında düşüncələriniz
maraqlıdır.
– Ondan başlayım ki Azərbaycan xalqı məni sevdi. Çünki bu günə qədər “Kor döyüşü”, “Ziyarətçi”,
“Ah, bir yoxsul olsam”, “Uçqun”, “Gözəlçələr” və
“Boyaçı” adlı əsərlərim
dost və qardaş Azərbaycanda səhnələşdirilib.
Və digər əsərlərim
də səhnələşdiriləcək.
Çünki mən Azərbaycan
xalqı ilə ruh əkiziyəm.
Bunu da əsla unutmayın ki, böyük dünya şairimiz Nazim Hikmətin ən yaxın dostu, ölümündə
yanında Əkbər
Babayev olub. Yenə Nazim
ustamın “Fərhad və Şirin” pyesi əsasında məşhur baletinin (“Məhəbbət əfsanəsi”
– red.) müəllifi dünyanın
ən böyük musiqiçilərindən olan
Arif Məlikovdur.
Mən “Qızıl çay” əsərimin balet librettosunu yazdım və Azərbaycanın tanınmış
bəstəkarı Cavanşir
Quliyev buna səhnə həlli verdi. Bu əsər Türkiyə ilə bərabər bir çox ölkələrin repertuarına
daxil oldu. Ümid edirəm ki, Türkiyə və Azərbaycan xalqlarının
ortaq bir məhsulu olaraq sizin Opera və Balet Teatrının səhnəsində də
bu tamaşa nümayiş olunar.
Azərbaycan xalqı zəngin və qədim, çoxşaxəli və
fundamental mədəniyyətə malik xalqdır. Xüsusilə teatr sahəsində mühüm inkişaf yolu keçib. Paytaxt Bakı əsl mədəniyyət, teatr şəhəridir.
Baxın, istər binalarının memarlıq xüsusiyyətlərinə,
istər təmir-bərpasına,
istərsə də yaradıcılıq fəaliyyətlərinə
görə hər bir teatr inkişaf
edib. Sizdə fərqli estetika,
janr və profillərdə teatrlar
var. Bu özlüyündə çox yaxşı haldır. Yəni tamaşaçı istər yaş qrupu, istərsə də janr olaraq
artıq hansı teatrda nəyə tamaşa edəcəyini bilir. Bu bölgə
teatrlarına da aiddir. Sizdə əksər şəhərlərdə
dövlət və xalq teatrlarının olması sadəcə alqışlanmalıdır. Ümumilikdə Azərbaycanda teatrın
dövlətin diqqətində
olması sənətin
yaşamasına, yaşadılmasına
zəmanətin ən
yaxı nümunəsidir.
– İllərdir dramaturgiya
ilə məşğulsunuz. Daha çox
hansı janr sizə yaxındır?
– Mən toplumçu və realist dramaturqam. Bu 50 ildə də
daim bu anlayışa
xidmət edən əsərlər yazdım.
– Bu gün kino, seriallar, ümumilikdə televiziya və internet teatra marağı azaldıb. Necə düşünürsünüz,
teatr çətin dönəmini yaşayır?
– Konkret olaraq Türkiyəni götürsək,
burada teatr hər zaman özünün baş köşəsindədir. Xüsusən seriallar onu təsir
altına sala bilməz. Çünki onlar gündəlik
fəaliyyətdir. Teatr isə
qalıcı və böyük sənətdir.
Bu səbəbdən də əminəm ki, teatr hər
zaman qalacaq.
– Bir çoxları düşünür ki, teatr kütləvi, genəl izləyici için deyil. Razısınız?
– Teatr ümumilikdə cəmiyyəti maraqlandıran, ona yön verən bir xüsusiyyətə malikdir. O özünün öyrətmək, yəni maarifləndirmək xüsusunu qorumalıdır. Teatrın bu funksiyası isə əsla unudulmamalıdır.
– Yaradıcılığınıza nəzər yetirdikdə daha çox ümumi problemlərdən yazdığınızı və həmin problemlərin bütün dünya üçün aktual olduğunu görürük.
– Mən insanlığı ulu
öndərimiz Mustafa Kamal
Atatürk kimi, eynən
onun gözü ilə
görməyə çalışıram. Yəni
dünyadakı bütün xalqlar böyük insan bədəninin parçaları kimidir. Yəni hamısı birlikdə bir bütündür. Əlində, ya da başında problem olan insanın acısını bütün
insanlıq hiss edir. Beləliklə insanlığı maraqlandıran bir mövzunun bütün dünyada səhnələşdirilməsi
vacibdir.
– Daha hansı əsərlərinizin bizim
səhnəmizdə quruluşunu
arzu edərdiniz?
– Qarşıdakı mövsüm
dramaturji fəaliyyətimin
50 ilini qeyd edəcəyik. 50 il fasiləsiz yaradıcılıqla məşğul
olmaq elə də asan deyil.
İnşallah, bu xüsusi
təqvim sizdə və əsərlərimin
oynanıldığı digər
ölkələrdə də
qeyd olunacaq. Əsas odur ki, duyğularının
səhnə həlli tamaşaçıya çatsın.
Çünki yazıçı, dramaturq olaraq mənim əsas qayəm də məhz budur.
HƏMİDƏ
Mədəniyyət.-2019.- 17 iyul.-
S.7.