Tanınmış fotojurnalist Hüseyn
Hüseynzadə vəfat edib
Azərbaycan foto sənətində əvəzsiz xidmətləri olmuş tanınmış fotojurnalist Hüseyn Hüseynzadə uzun sürən xəstəlikdən sonra 2019-cu il iyulun 13-də vəfat edib.
H.Hüseynzadə 11 yanvar 1935-ci ildə anadan olub. Azərbaycan Neft
və Kimya İnstitutunu bitirib. Foto sənətinə “Vışka” qəzetində
fotojurnalist kimi başlayıb, “Kommunist”,
“Pionerskaya pravda”,
“Komsomolskaya pravda” və
s. qəzetlərlə əməkdaşlıq
edib. Daha sonra müstəqil
fotoqraf kimi çalışıb. “Neft gəldi” və “Qazma ustası Faiq Əliyev” fotoşəkilləri
1964-cü ildə keçirilən
ümumittifaq sərgisində
1-ci dərəcəli diploma layiq görülüb.
“Press Foto-62” beynəlxalq sərgisi, Berlində
“İnterpresfoto” sərgisinin
mükafatlarını qazanıb.
Hüseyn Hüseynzadənin təşəbbüsü ilə
ilk dəfə milli foto tarixində “Azərbaycanın kulinariya
ensiklopediyası” yaranıb.
60-dan çox kitab-albomun müəllifidir.
Azərbaycan Fotoqraflar Birliyi mərhumun ailəsinə,
yaxınlarına dərin
hüznlə başsağlığı
verir.
Allah rəhmət eləsin.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.6.