Avropa Gənclər Olimpiya Festivalı münasibətilə
konsert
İyulun 21-dən 27-dək
Bakıda Avropa Gənclər Olimpiya Festivalı (AGOF) keçiriləcək.
Bu münasibətlə iyulun 14-də Gəncə
Dövlət Filarmoniyasında
konsert keçirilib.
Konsertdə “Bakı 2019” AGOF könüllülərinin
ulduz səfirlərindən
muğam ifaçısı
Mirələm Mirələmov
və Kamilə Nəbiyeva, “O Səs Türkiyə” yarışmasının
finalçısı Leyla
Rəhimova çıxış
edib.
Tədbirin keçirilməsində əsas
məqsəd Avropa Gənclər Olimpiya Festivalının dəyərlərini,
habelə idman və sağlam həyat tərzini əhali arasında təbliğ etmək olub. Bu konsertin keçirildiyi
məkan isə təsadüfən seçilməyib
– Gəncə şəhəri
Avropanın İdman Şəhərləri və
Paytaxtları Federasiyasının
(ACES Europe) qərarına əsasən,
2019-cu il üçün idman şəhəri elan olunub.
Könüllülər tədbirin keçirilməsində
mühüm rol oynayıblar, o cümlədən
qonaqları festival haqqında
ətraflı məlumatlandırıblar.
“Bakı 2019” Avropa
Gənclər Olimpiya Festivalının korporativ
direktoru Elçin Səfərov qeyd edib ki, zəngin
idman ənənələrinə
sahib Azərbaycanda son illərdə
keçirilən beynəlxalq
idman yarışları
ölkə əhalisinin
bu sahəyə marağının artmasına
səbəb olub.
Məlumat verilib ki, yarışlarda
iştirak etmək üçün Azərbaycana
3600-dən çox idmançı
və texniki nümayəndə heyəti
gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı,
həndbol, cüdo, üzgüçülük,
tennis, voleybol və
güləş yarışlarında qüvvələrini
sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox
könüllü fəaliyyət göstərəcək.
Mədəniyyət.-
2019.- 17 iyul. S. 4.