Pakistan Azərbaycanla
əlaqələri daha da
inkişaf etdirmək istəyir
Mədəniyyət
kollektivlərinin qarşılıqlı səfərlərinin,
birgə tədbirlərin keçirilməsinin vacibliyi
vurğulanıb
İyulun
15-də Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs Qarayev Pakistan İslam
Respublikasının Gilgit-Baltistan əyalətinin Baş naziri
Hafiz ur Rəhmanı qəbul edib.
Əbülfəs
Qarayev qonağı səmimiyyətlə salamlayaraq ölkəmizin
zəngin mədəniyyəti haqqında söz açıb.
Bildirib ki, son illər ölkəmizdə mədəniyyət
sahəsinin inkişafı, mədəni irsin qorunması və
bu istiqamətdə beynəlxalq əlaqələrin
inkişafına xüsusi önəm verilir.
Nazir bu günlərdə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə uğurla keçirildiyini və Pakistan nümayəndə heyətinin də sessiyada fəal iştirak etdiyini diqqətə çatdırıb. Əbülfəs Qarayev sessiyada həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələrin qorunması üçün mühüm qərarın qəbul edildiyini deyib.
İki ölkə arasındakı münasibətlərə toxunan nazir Azərbaycan və Pakistan xalqları arasındakı mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədikləri vurğulanıb.
Qonaq Pakistanın Gilgit-Baltistan əyalətinin tarixi,
mədəni həyatı və turizm
potensialı haqqında geniş məlumat
verib. Hafiz ur Rəhman Azərbaycanla bütün
sahələrdə əlaqələrin daha
da inkişafında maraqlı
olduqlarını diqqətə çatdırıb. O, Pakistan ilə Azərbaycan arasında səmimi
dostluq və qardaşlıq əlaqələrinin
olduğunu vurğulayaraq
qarşılıqlı səfərlərin, görüşlərin
bu münasibətlərin daha
da inkişafına təkan verdiyini deyib.
Görüşdə
ümumi maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. Mədəniyyət
kollektivlərinin qarşılıqlı səfərlərinin
təşkilinin, birgə mədəni tədbirlərin
keçirilməsinin vacibliyi
vurğulanıb.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.4.