Şamaxıda “Kosmos
yay festivalı”
Azərbaycan
Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasında “Kosmos yay festivalı”
keçirilib.
Rəsədxanadan
bildiriblər ki, festivalda müxtəlif yaş qruplarından
120 nəfər iştirak edib.
Təşəbbüsün
məqsədi “Bəşəriyyətin böyük
sıçrayışı” sayılan Aya enmənin 50 illiyi
münasibətilə ictimaiyyət arasında bu istiqamətdə
maarifləndirmə işinin aparılmasıdır.
Rəsədxananın
şöbə müdiri Ədalət Ətayi festival
iştirakçılarını buradakı muzeylə
tanış edib, eksponatlar haqqında ətraflı məlumat
verib.
Sonra
iştirakçılar müəyyən edilmiş kamp ərazisinə
aparılıb. Burada dron
uçuşları izlənilib, Bakı Mühəndislik Universiteti tələbələrinin
hazırladığı təyyarə nümayiş
etdirilib. Ədalət Ətayi astronomiya elmi haqqında məruzə
ilə çıxış edib.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.3.